Hündürmərtəbəli binadan ev alanlar müqavilə imzalayarkən diqqətli olsunlar


Digərləri 14 Avq 2019 16:24:00 282 0

Hündürmərtəbəli binadan ev alanlar müqavilə imzalayarkən diqqətli olsunlar

Binanız sökülüb yerində yeni bina tikilirsə, bilməli olduğunuz çox vacib məqamlar var. Əks halda imzaladığınız müqavilə sizin yararınıza deyil, zərərinizə ola bilər. Redaksiyamıza şikayət məktubu göndərmiş Zair Qismətov bildirib ki, yaşadıqları binanın yerində özəl şirkət tərəfindən çoxmərtəbəli yeni yaşayış binası tikilib və ona da həmin binadan 2 otaqlı mənzilinin əvəzinə birotaqlı mənzil veriləcəyi bildirilib. Zaur Qismətov isə bu halla barışmaq istəmir. Üstəlik binanın iki ilə tikilib təhvil veriləcəyi deyilsə də, hazırda müqavilənin bağlanmasından 4 il keçib və o iki illik kirayə haqqını aldığına görə indi son iki ilin kirayə haqqını özü ödəməli olur. Başqa bir izləyicimiz isə evlərinin qarşısında tikilmiş yarıtikili hündürmərtəbəli binanın artıq istismara verildiyini, bunun binada yaşayanlar üçün təhlükəli olduğunu qeyd edib.

Son.az Bizimyol.info-ya istinadən bildirir ki, bu sualların hüquqi cavabını tapmaq üçün kiçik bir araşdırma apardıq. Hüquqşünas Elsevər Bayramlı bu məsələlərə belə aydınlıq gətirdi.

"Eviniz plana düşüb yerində çox mərtəbəli ev tikilirsə bu məqamlara diqqət yetirməniz lazımdır. Bina tikən şəxsin təqdim etdiyi müqavilənin müddəalarına mütləq diqqət yetirilməlidir. Tutaq ki, sizin köhnə tikilidə bir otaqlı mənziliniz var və sizə yeni tikiləcək binadan bir otaqlı mənzil təklif olunur. Köhnə evlərdə bir otaqlı məzillər 17-20 kvadratmetr olur, yeni tikilən binalarda isə bir otaqlı mənzilin sahəsi ən az 40 kv metr təşkil edir. Müqavilə imzalanarakən sənəddə bu bənd yer almalıdır. Mənzilin qarşılığında artıq sahəyə görə vətəndaş pul ödəməyəcək.

Digər problem evin nə vaxta tikilib başa çatacağına dair olur. Bir çox hallarda ev tikən şirkət evin iki ilə tikiləcəyini söyləyir, müqaviləyə əsasən sökülən evin sahiblərinə iki illik kirayə haqqını ödəyir. Halbuki müqavilə şərtində kirayə haqqının bina tikilib təhvil verilənə qədər olması barədə bənd yer almalıdır. Belə olmazsa binanın tikintisi hansısa səbələ illərlə ləngiyərsə siz də illərlə kirayə həyatı yaşamalı olacaqsınız və həm də öz hesabınıza.