Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb


Digərləri 14 Avq 2019 15:40:00 212 0

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Bakı. Elçin Mehdiyev - Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 min 609 namizəd iştirak edib, onlardan 14 min 3 namizəd elektron ərizəsini təsdiqləyib. Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlanır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.