Valencia növbəti transferini açıqladı


İdman 14 Avq 2019 15:38:00 207 0

Valencia növbəti transferini açıqladı

Valencia heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Villarreal-ın müdafiəçisi Xayme Kostanı transfer edib. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xayme məhz Valencia-nın yetirməsidir. O, 2007-2010-ci illər aralığında bu klubun B komandasında oynasa da, əsas kollektivdə debüt şansı qazanmayıb. Sol cinah müdafiəçisi 2010-cu ildən bəri Villarreal-da çıxış edib.