Bu ölkədə restoran və kafelərdə siqaret çəkənləri ağlasığmaz CƏRİMƏ gözləyir


Digərləri 14 Avq 2019 16:06:00 177 0

Bu ölkədə restoran və kafelərdə siqaret çəkənləri ağlasığmaz CƏRİMƏ gözləyir

Monteneqroda avqustun 14-dən etibarən restoran və kafelər də daxil olmaqla qapalı məkanlarda siqaret çəkmək qadağası qüvvəyə minib

Bakı. Monteneqroda avqustun 14-dən etibarən restoran və kafelər də daxil olmaqla qapalı məkanlarda siqaret çəkmək qadağası qüvvəyə minib. Trend-in məlumatına görə, yeni qanuna əsasən, qadağanı pozan şəxslər 20 min avro məbləğində cərimələnəcək. Bu gündən etibarən ölkə ərazisində qapalı məkanlarda yalnız ayrıca otaqlarda siqaret çəkmək mümkün olacaq. Qaydalara görə, otağın sahəsi 10 kvadratmetrdən çox olmamalı və məkanın ümumi sahəsinin 20 faizini üstələməməlidir.