Dünyanın ən iri pinqvininin qalıqları tapıldı


Digərləri 14 Avq 2019 16:27:00 187 0

Dünyanın ən iri pinqvininin qalıqları tapıldı

Yeni Zelandiyada dünyanın ən iri pinqvininin qalıqları aşkar edilib

Bakı. Yeni Zelandiyada dünyanın ən iri pinqvininin qalıqları aşkar edilib. Trend-in məlumatına görə, qalıqlar bir qrup arxeoloq tərəfindən Vaypara şəhəri yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Qeyd olunur ki, həmin pinqvinin boyu 1,6 metr, çəkisi isə 80 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun Paleosen dövründə - 66 milyon il öncə yaşadığını qeyd edirlər.