Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirir


Digərləri 14 Avq 2019 16:34:00 295 0

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirir

Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

Bakı. Azərbaycan Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir. Şuradan Trend-ə verilən məlumata görə, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur. “Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir; Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri. Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır. 4 istiqamət üzrə: I yer – 4 nəfər - 2000 manat (hər biri) II yer - 4 nəfər - 1500 manat (hər biri)