Bərdədə traktor yanıb


Digərləri 13 Avq 2019 02:30:00 225 0

Bərdədə traktor yanıb

Bərdə rayonunda traktor yanıb

Bakı. Bərdə rayonunda traktor yanıb. FHN-dən Trendə verilən məlumata görə, rayonun Həsənqaya kəndində "T-28" markalı traktorun qoşqusunun 4 ədəd təkəri və qoşquya yığılan 7,5 ton ot bağlamasının 3 tonu yanıb. Qoşqunun, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;