Qırışları aradan qaldıran zeytun və qaşıq masajı


Digərləri 12 Avq 2019 23:12:00 344 0

Qırışları aradan qaldıran zeytun və qaşıq masajı

Hər bir qadın istənilən yaşda gözəl, cavan və cazibədar görünmək istəyir. Ancaq neyləyəsən ki, yaşın gətirdiyi qırış və dəyişikliklərdən qaçmaq mümkün deyil. Buna baxmayaraq, qırışların dərinləşməsini gecikdirmək realdır. Aydın məsələdir ki, müasir tibb bunun üçün bir çox prosedurlar təklif edir. Lakin onların qiymətləri az-çox hər kəsə məlumdur.

Son.az bu yazıda adi bir qaşıqla qırışların yaranmasını gecikdirən təbii üsulla tanış edir.

Göz altında əmələ gələn qara halqaları aradan qaldırmaq və dərini cavanlaşdırmaq üçün adi çay qaşığı götürmək kifayətdir. Yatmazdan əvvəl makiyajı silib, nəmləndirici krem çəkin. Çay qaşığı alın və onu spirtlə dezinfeksiya edin.

Daha sonra qaşığı buzlu suda saxlayıb üst göz qapaqlarına qoyun. Bu prosesi 5 dəfə təkrar edin. Eyni əməliyyatı alt göz qapaqlarına da tətbiq edin. Belə bir kompress sizi gözətrafı qara halqadan və torbalardan xilas edəcək.

Qaşıqla göz kompresini bitirdikdən sonra dəriyə sızma zeytun yağı sürtün. Yavaş-yavaş üzünüzü zeytun yağı ilə masaj edin. Asta hərəkətlərlə qaşığı göz xətti boyunca hərəkət etdirin. Yağlı qaşığı burun ətrafından saç diblərinə, gözün iç köşəsindən kənara, burun qanadlarından yanaqlara və gicgahlara qədər, gicgahlardan çənəyə, çənədən isə buxaq və boyuna doğru aparın.

(adsgarden = window.adsgarden || []).push({});