Tarixi skandinav ölkəsindən MÖHTƏŞƏM FOTOLAR


Digərləri 12 Avq 2019 22:52:00 272 0

Tarixi skandinav ölkəsindən MÖHTƏŞƏM FOTOLAR

Məkan etibarilə Stokholm dünyanın ən gözəl paytaxtlarından biri kimi qəbul edilir.

İsveçin paytaxtı və ən böyük şəhəri olan Stokholm Malar gölü və Finlandiya körfəzinin qarşısındakı Baltik dənizinin bir qolu olan Duz körfəzinin qovşağında yerləşir.

Şəhər Uppland və Södermanland ana torpaq parçaları ilə yanaşı, 14 adanın üzərində inşa edilib. Skandinaviyanın iqtisadi və mədəni mərkəzi halına gələn Stokholm zəngin tarixi mirasa sahibdir. Şəhərin sərhədləri daxilindəki torpaqların 40%-i park və yaşıllıqdan ibarətdir. Buraya "Şimali Venesiya" da deyilir.

Son.az Stokholmda gəzməli və görməli yerləri səyahətsevərlərin diqqətinə çatdırır.

Kral sarayı

600-dən çox otağı olan bu saray Avropanın ən böyüyüdür. İsveç kralının rəsmi binasıdır. Saray 18-ci əsrdə "Üç tac" qalasının yandırıldığı nöqtədə memar Nikodemus Tessin tərəfindən dizayn edilib. Barokko tərzindədir. Stokholm Kral Sarayı Reyxstaq - parlament binasının qonşusudur. Görkəmli otaqlar, lüks daxili dizayn və geniş salonlara malik sarayda 3 əsrarəngiz muzey var: Xəzinə, "Üç tac" muzeyi və III Qustavın Qədim Əsərlər Muzeyi. Stokholm Kral Sarayı muzeylərlə birlikdə hər gün saat 10:00 - 17:00 arasında xalqa açıqdır.

Vasa muzeyi

Skandinaviyanın ən məşhur və ən çox turist qəbul edən muzeyidir. Vasa dünyada yeganə qorunmuş 17-ci əsrə aid gəmidir. Gəminin 95%-dən çoxu orijinaldır. Yüzlərlə oyma heykəllərlə bəzədilib. 69 metr uzunluğundakı dəniz nəhəngi döyüş məqsədilə inşa edilib. 1628-ci ildə ilk səfərinə çıxıb. Fırtınaya tab gətirə bilməyib və batıb. 333 il sonra dənizin dibindən çıxarılıb. Yarım əsrə yaxın üzərində bərpa işləri aparılıb. Gəminin dirəkləri muzeyin damında çıxarılaraq saxlanılıb. Bu gün Vasa muzeyi ildə 1 milyondan çox ziyarətçi qəbul edir. Gəmi ilə bağlı məlumatlar 13 dildə izah edilir.

Stokholm bələdiyyə binası

Üç taclı sivri kəməri ilə Stokholmun ən məşhur siluetlərindən biridir. Memarlıqda ölkənin ən məşhur romantizm örnəklərindədir. Bələdiyyə binası memar Raqnar Östberq tərəfindən dizayn edilib. İnşasında 8 milyon ədəd kərpic istifadə olunub. 106 metr hündürlüyə malik qülləsi var. Qüllənin başında İsveçin milli gerbi olan üç tac yerləşib. Möhtəşə qala divarlarının arxasında siyasətçilər üçün ofis və toplantı salonları, montaj otaqları və sənət əsərləri mövcuddur. Bələdiyyə binasını sadəcə bələdçili turlar gəzə bilər. Onlar müəyyən saatlarda hər gün isveç və ingilis dilində binas haqqında məlumat verir.

Skansen açıq hava muzeyi

Skansen hər kəsin ailəsi ilə birlikdə gəzə biləcəyi mükəmməl yerdir. Bu, dünyanın ən qədim açıq hava muzeyi və eyni zamanda, Skandinaviyaya məxsus heyvanların yaşadığı zooparkdır. Ölkənin müxtəlif bölgələrində yerləşən 150 ferma və ev sökülərək buraya köçürülüb. Yayda "Walpurgis Night" və "Lucia" kimi ənənəvi festivallar burada bayram edilir.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar