Hitlerin və Fironların sevimlisi Nefertitinin həyatı və ölümü


Digərləri 12 Avq 2019 22:47:00 300 0

Hitlerin və Fironların sevimlisi  Nefertitinin həyatı və ölümü

Qədim Misirin məşhur kraliçası Nefertitinin gözəlliyi haqqında bir çox əfsanə var.

Son.az ölkə.az-a istinadən qədim dünyanın ən məşhur qadınlarından olan Nefertitinin həyatı haqqında yazını təqdim edir.

Üçüncü Reyxin füreri Adolf Hitler Nefertitini o qədər sevirdi ki, bunkerinə də heykəlini aparmışdı. Deyilənə görə, nasist lider son dəqiqələrinə qədər heykəldən ayrılmayıb.

İri gözlər, qara qaş, iri və ətli dodaq, gözəl üz cizgiləri, kiçik burun, uzun boyun-Qədim Misirin gözəllik etalonu Nefertitinin təsviri budur. Onun adının tərcüməsi də "gözəl gəlir" deməkdir.

Bütün dünyada məşhur olan heykəl 1912-ci ildə arxeoloq Lyudviq Borhard tərəfindən qazıntılar zamanı kəşf edilib. O, heykəli gizli şəkildə Berlinə gətirir və muzeyə təhvil verir. Misirlilər heykəlin qaytarılmasını tələb etdilər və Nefertiti lənəti ilə hədələdilər. Amma nə Borhard, nə də alman hökuməti heykəli qaytarmadı. Hazırda heykəl Berlin muzeyindədir.

Nefertitinin saray həyatı

Qədim Misir sakinləri üçün Nefertiti təkcə fironun arvadı və kraliça deyildi. Onu tanrı sayırdılar. Nefertiti qızları və əri ilə birlikdə Nilin sahilindəki dəbdəbəli sarayda yaşayırdı. Deyilənə görə, monarxın sarayı elə də böyük deyildi. Orta hesabla, hər mülk 160 kvadrat metrlik sahəni tuturdu. Amma hər mülk əvvəlkindən daha gözəl və dəbdəbəli inşa edilirdi.

Nefertitinin sarayını güllər saçan bağlar və hovuzlar əhatə edirdi. Döşəmələr rəngli mozaika ilə, tavan isə işləmələrlə bəzədilmişdi. Divarlarda fironun və ailəsinin həyatına aid təsvirlər yer almışdı. Bahalı mebel, qızıldan hazırlanmış əşyalar kraliça üçün nəzərdə tutulmuşdu. Nefertiti incə, gözəl bədən quruluşu olan qadın idi. Fironun sevimli xanımı  kimi qalmaq üçün o, özünə xüsusi qulluq edirdi. Dəniz duzu olan vanna qəbul edir, bədəninə aromatlı yağlar sürtür, dırnaqlarını xna və maye qızılla bəzəyirdi. O, gözlərinə sürmə çəkir, dodaqlarını balzamla boyayırdı. Nefertitinin qarderobunda kifayət qədər bahalı paltarlar var idi. Yüngül, bahalı materiallardan paltarları cəmiyyətin ancaq ali təbəqəsi ala bilərdi.

Fironun xanımı zinət əşyalarını çox xoşlayırdı. Adətən qulağa bir sırğa taxılırdı. Amma Nefertiti və onun altı qızından birinə hər qulağa iki sırğa taxmağa icazə verilmişdi.

Qədim Misir qanunlarına əsasən, təəbələri monarxın saçını görə bilməzdilər. Buna görə də firon və arvadı parik taxırdılar. Firon da geyim barədə Nefertitidən geri qalmır, bahalı paltarlara üstünlük verirdi. Onun başında qızıl işləməli, kobra ilanı təsvir edilən parik var idi. Tədbirlər zamanı dövlət başçısı tac taxırdı. Hörük hörülmüş saqqal da vazkeçilməz atributlardan idi.

Dəbdəbəli sarayları, bahalı geyimləri və s.xərcləri ödəmək üçün xəzinədə pul çox olmalı idi. Adətən xəzinəni səfərlər hesabına doldururdular. Xəzinənin dolu olması təkcə hakim ailənin yox, eyni zamanda əyanların, kahinlərin də həyatını dəbdəbəli edirdi. Bayramlar zamanı dindarlara pul paylanılırdı. Qədim Misirdə kahin olmaq çox prestijli idi. Onlar da kral kimi yaşayır, minlərə qula, yüzlərlə kəndə sahib idilər. Hökmdar üçün hədiyyələr

(adsgarden = window.adsgarden || []).push({});