Cəlilabadda yük avtomobili yanıb


Digərləri 12 Avq 2019 22:33:00 242 0

Cəlilabadda yük avtomobili yanıb

Cəlilabadda yanğın qeydə alınıb

Bakı. Cəlilabadda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonu Ələt-Astara yolunun 97-ci kilometrliyində “MAN" markalı yük avtomobilinin banı 6 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.