Qaraciyəri məhv edən qidalar SİYAHI


Digərləri 12 Avq 2019 21:30:00 229 0

Qaraciyəri məhv edən qidalar  SİYAHI

Qaraciyər orqanizmdə minlərlə funksiyanı icra edir: orqanizmə daxil olan bütün məhsulları filtr edir, allergen və toksinləri ayırır, artıq hormon və vitaminləri çıxarır, həzm üçün vacib olan öd şirəsi sintez edir, beyni qlükoza ilə təmin edir və qan anbarı rolunu oynayır.

Əgər qaraciyər çatışmazlığı baş verərsə, xəstə ölür. 

Son.az medicina.az-a istinadən qaraciyəri zamanla məhv edən, çökdürən və təəssüf ki, bizim hamımızın gündəlik qəbul etdiyimiz qidaların siyahısını təqdim edir.

1.Bütün konserv məhsulları: ət, balıq, xiyar, tərəvəz və s. 

Bu məhsullar normadan artıq duzu qaraciyərə ötürür, onu yükləyir. Qaraciyərin hüceyrələrini deformasiya edir və öldürür. Nəticədə fibroz yaranır. 

2.Kolbasa, sosis, hisə verilmiş bütün məhsullar 

Tərkibində kimyəvi maddələr, yağ, piy çoxdur, qırmızı ətdən hazırlanır, duzludur və sənaye baxımdan işlənib. Saxlanma müddəti də çoxdur. Ümumiyyətlə, təbiət tərəfindən emal olunmayan bütün bu əlavə qidaları qaraciyər sevmir. 

3.Fruktoza

Bir çox insanlar şəkər, qənd qəbulunu azaldıb, mağazada ərzaqların üzərində şəkərsiz sözünü axtarır. Adətən belə məhsullara şəkər əvəzi şirinləşdirici sirop, şirə qatırlar ki, bunların da tərkibi früktozadan ibarətdir. Nəzarət olunmayacaq dərəcədə fruktoza qəbulu diabet, ürək-damar xəstəliyi, qaraciyərin piylənməsi - steatoza səbəb olur. 

(adsgarden = window.adsgarden || []).push({});