Fransada yüksək sürətlə maşın idarə edən xarici turistlər saxlanılıb


Dünya 12 Avq 2019 20:39:00 288 0

Fransada yüksək sürətlə maşın idarə edən xarici turistlər saxlanılıb

Fransa jandarmaları beş "Porsche" avtomobili ilə yüksək sürətlə sürən xarici turistləri cərimələyiblər.

Son.az Trend-ə istinadən bildirir ki, onlar jandarmalar tərəfindən 750 avro məbləğində cərimələniblər və sürücülük vəsiqələrindən mərhum ediliblər.

Qayda pozucularının milliyyəti barədə məlumat verilməyib. Lakin "BFMTV" telekanalı bildirib ki, söhbət 27-37 yaş arası Koreyalı turistlərdən gedir.

Turistləri tutan polislər "Renault Megane RS" markalı avtomobili idarə ediblər.