Qulağından canlı kəpənək çıxdı HƏKİMLƏR ŞOKDA FOTO


Digərləri 12 Avq 2019 20:23:00 264 0

Qulağından canlı kəpənək çıxdı  HƏKİMLƏR ŞOKDA  FOTO

Türkiyənin Antalya şəhərində bir vətəndaşın qulağına kəpənək girib.

Son.az medicina.az-a istinadən bildirir ki, hadisə 38 yaşlı kişinin öz bağında nar ağaclarını budaması zamanı baş verib.

O, qulağında ağrı hiss etdikdən sonra xəstəxanaya üz tutub. 2 saatdan sonra kəpənəyə zərər verilmədən çıxarılıb. Əməliyyatdan sonra həşərat təbiətə buraxılıb. Pasiyent deyir ki, 3 sm ölçüdə olan kəpənək qulağına girəndə xəbəri olmayıb, düşünüb ki, arı vurub:

"Ağrı getdikcə şiddətlənirdi, bir saat dözdüm, amma qulağımın içində tərpəniş hiss edirdim. Ondan sonra həkimə getməyə qərar aldım. Müayinələrdən sonra təsdiqləndi ki, qulağımda canlı kəpənək var. Daha sonra əməliyyata qaldırıldım".

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar