Tanzaniyada benzin daşıyan maşın qəzasında 75 ölüb


Digərləri 12 Avq 2019 19:57:00 213 0

Tanzaniyada benzin daşıyan maşın qəzasında 75 ölüb

Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb

Bakı. Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə "Citizen" qəzeti bildirib. Bildirilir ki, benzin daşıyan maşın Moroqoro şəhərində aşandan sonra alovlanıb. Bir çox yerli sakin sızan yanacağı toplamaq istəyərkən həlak olub.