Bu ölkədə şimşək faciəsi: 40 ev yandı


Dünya 12 Avq 2019 19:43:00 196 0

Bu ölkədə şimşək faciəsi: 40 ev yandı

İldırım vurması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 təkərli evi məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "El Periodico" qəzeti xəbər verib.

Dediyinə görə, ildırım dayanacağa dəyərək yanğına səbəb olub. Yanğın 1.5 min kvadratmetr əraziyə yayılıb. Yanğının söndürülməsinə altı yanğınsöndürmə heyəti cəlb olunub.

Xəsarət alanlar barədə məlumat verilmir.