Eddi İsrafilovun yeni klubu ilə müqaviləsinin detalları açıqlandı


İdman 12 Avq 2019 17:24:00 219 0

Eddi İsrafilovun yeni klubu ilə müqaviləsinin detalları açıqlandı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İspaniya çempionatının I Divizonunda çıxış edən Albacete-yə keçidi rəsmiləşib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Albacete-nin yığma üzvünün 2020-ci ilin iyulunadək müqaviləsi olduğu Alcorcon-a ödədiyi təzminatın məbləği açıqlanmır.

Qeyd edək ki, İsrafilov Alcorcon-a ötən ilin yanvarında Gymnastic-dən keçib. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib. Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - Cadis, Murcia, Granada, Eibar və Cordoba-nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.