“Rustavi 2” satışa çıxarıldı


Dünya 12 Avq 2019 17:36:00 237 0

“Rustavi 2” satışa çıxarıldı

Gürcüstanın "Rustavi 2" telekanalı satışa çıxarılıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müxalif telekanalın sahibi Kibar Xalvaşi bəyanat yayıb.

İş adamı kanalın ən yüksək məbləği təklif edən şəxsə satacağını bildirib.

Xalvaşi qeyd edib ki, o, 1 milyon dollar bank zəmanəti təqdim edən şəxslərlə müzakirə apara bilər.