BŞBPİdən polis əməkdaşları haqqında videomüsahibə yayan şəxslə bağlı açıqlama


Digərləri 12 Avq 2019 17:25:00 219 0

BŞBPİdən polis əməkdaşları haqqında videomüsahibə yayan şəxslə bağlı açıqlama

Sosial şəbəkələrdə Nərimanov 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumat xarakterli video-müsahibə yayılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub:

"1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi "Niva" markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib. Həmçinin qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib.

Faktla bağlı yanvar ayının 28-də Nərimanov RPİ-də CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib.


Xəbərə aid foto