Yoxa çıxan maşınlar şəbəkə istifadəçilərini mat qoydu


Dünya 12 Avq 2019 16:52:00 293 0

Yoxa çıxan maşınlar şəbəkə istifadəçilərini mat qoydu

Maşın və motosikllərin hərəkət zamanı yoxa çıxmasının əks olunduğu video sosial şəbəkə istifadəçilərini xeyli təəccübə salıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, videonu Danny Dutch adlı Twitter istifadəçisi öz səhifəsində yayımlayıb və: "Bəli, bu yol heç yana aparmır", - şərhini yazıb.

​Yüz minlərlə baxış sayı yığan videoda avtomobil və motosikllərin yol kəsişməsindən sola dönərək coşğun çay üzərindəki körpüdə yoxa çıxdığı görünür.

İstifadəçilərin bəziləri hesab edib ki, nəsə anomal hal baş verir. "Tapmaca"nın cavabının isə @ab041937 adlı istifadəçi tapıb. O, izah edib ki, video eyvanın damından çəkilib. Damın kənarında su və palçıq yığılıb, alınan mənzərə isə coşğun axan çayla körpü illüziyasını yaradıb.

(adsgarden = window.adsgarden || []).push({});