Beyləqanda “VAZ” velosiped sürücüsünü vurub öldürdü


Digərləri 12 Avq 2019 16:55:00 224 0

Beyləqanda “VAZ” velosiped sürücüsünü vurub öldürdü

Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində kənd sakini A.Şükürov idarə etdiyi "VAZ-21070" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş P.Abbasov orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.