Dünyanı cənginə alan “Tik Tok” nədir?


Digərləri 12 Avq 2019 16:31:00 359 0

Dünyanı cənginə alan “Tik Tok” nədir?

Dünya əhalisinin bir qismi son dövrlər məşhur "Tik Tok" proqramının zərərli olduğunu söyləsələr də, digər qismi əyləncəli olduğu qənaətindədir.

Son.az Kult.az-a istinadən "Tik Tok"la bağlı bəzi maraqlı faktları təqdim edir:

1. Dünyada ən çox "Tik Tok" istifadəçisi Hindistan (119.3 milyon), ABŞ (39.6 milyon) və Türkiyədədir (28.4 milyon).

2. Çin tərəfindən yaradılan "Tik Tok" dünyada ən sürətlə böyüyən sosial media platformasıdır.

3. "Tik Tok" dünyanın ən böyük startapı olan 75 milyard dollarlıq "ByteDance"a aiddir.

4. 150-dən çox sosial platforma bazarında 75 dildə istifadə olunur.

5. Bu, "Appstor"da ən çox yüklənən proqramdır.

6. "Tik Tok"un bir milyarddan çox aktiv istifadəçisi var.

(adsgarden = window.adsgarden || []).push({});