Qurban ətini satmaq olar?


Digərləri 12 Avq 2019 16:38:00 397 0

Qurban ətini satmaq olar?

Qurban bayramında bəzi bölgələrdə qurbanlıq ətin satılması kimi halla qarşılaşmaq mümkündür.

Xüsusən də qurban kəsməyən şəxslər ət mağazalarından "qurbanlıq ət" adı altında satılan ətlərdən alırlar. Burada məqsəd sırf evdən qurban ətindən bişirilə yeməyin iyinin çıxmasıdır. Daha çox bölgələrdə yaşanan bu vəziyyətə münasibət isə birmənalı deyil.

Maraqlıdır ki, qurbanlıq ətin pulla satılması doğrudurmu?

Son.az bildirir ki, məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında qəssabların "qurban əti" adı altında ət satmasının doğru addım olmadığını deyib:

"Qurban insanın Allaha yaxın olması, onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. "Qurban" sözünün mənası "Allaha yaxınlaşmaq" deməkdir. Yəni, Qurban bayramında sosial yardımlaşma və paylaşma anlayışı var. Hər qurbanlıqda Allah rizası olmalıdır. Bütün dini ayinlərin icrası Allaha yaxınlaşmaq məqsədi daşıyır. O cümlədən, Qurban bayramı bir ibadətdir. Qurbanlıq insanın gücü miqdarında olmalıdır. Yəni, bəndənin bir qoyun, keçi, dəvə və ya inək kəsmək iqtidarı varsa, qurban alıb kəsməlidir. Qurban payı 3 yerə bölünür. Bu paylar insanın öz ailəsinə, qonşulara və ehtiyacı olan ailələrə və nəhayət bacı-qardaşa verilir. İnsanın bazardan aldığı ət qurban əti sayılmır".

İlahiyyatçı vurğulayıb ki, qurbana xüsusi dua oxumaq və ona şərik olmaq  zəruridir: