Zərifdən sərt çıxış:


Dünya 12 Avq 2019 15:42:00 213 0

Zərifdən sərt çıxış:

Əgər biz müsəlmanlar bir olsaq, Fələstində yaşanan zülmün qarşısını ala bilərik.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Bizim üçün mübarək bir gündə Əqsa məscidində yaşanmış olaylara səssiz qala bilmərik. ABŞ Fələstin-İsrail arasında gərginliyi bitirmək adı ilə "Əsrin anlaşması" deyilən bir fikir ortaya atıb. Əgər biz özümüzə hörmət etməsək, şərəfimiz yenə belə alçaldıcı hücuma məruz qalacaq", - Zərif bildirib.

Qeyd edək ki, ötən gün Əqsa məscidində yaşanmış gərginlik zamanı 37 fələstinli yaralanıb.