Türkiyə “F35”i “Su35”lərlə əvəzləyə bilər


Dünya 12 Avq 2019 15:07:00 220 0

Türkiyə “F35”i “Su35”lərlə əvəzləyə bilər

Əgər ABŞ "F-35" döyüş təyyarələrini satmaqdan imtina etsə, Türkiyə Rusiyanın "Su-35" qırıcıları barədə düşünəcək.

Son.az APA-ya istinadən bildirir ki, məlumata görə, hazırda Türkiyə hakimiyyəti Rusiyanın "Su-35" çoxməqsədli qırıcıları almaq təklifini qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl Rostex dövlət korporasiyasının rəhbəri Sergey Çemezov da belə bir təkliflə çıxış etmişdi. O bildirmişdi ki, əgər rəsmi Ankaranın belə bir istəyi varsa, Rusiya Türkiyəyə "Su-35"-ləri satmağa hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın "F-35" qırıcılarını satmaqdan imtina etdiyi təqdirdə Ankaranın tədbir görəcəyini, eyni modifikasiyalı təyyarələri başqa bazarlarda axtaracağını söyləmişdi.