Lənkəranda “Toyota” ağaca çırpıldı


Digərləri 12 Avq 2019 14:36:00 311 0

Lənkəranda “Toyota” ağaca çırpıldı

Lənkəranda "Toyota" markalı avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini A.Bağırov idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri Kamran Babayev və Amal Quliyev xəstəxanaya yerləşdiriliblər. A.Quliyev və K.Babayev orada ölüblər.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.