Perişiçin yeni klubu müəyyənləşdi


İdman 12 Avq 2019 13:55:00 294 0

Perişiçin yeni klubu müəyyənləşdi

Xorvatiya yığmasının futbolçusu İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək.

Goal.az “Corriere Dello Sport”a istinadən xəbər verir ki, İtaliya İnter-i 30 yaşlı yarımmüdafiəçini Bayern Munich-ə icarəyə verib. Münhen təmsilçisi daha sonra onu transfer etmək hüququna da malik olacaq.

Perişiçin tibbi baxışdan keçmək üçün Almaniyaya getdiyi bildirilir.

Qeyd edək ki, Perişiç ötən mövsüm İnter-in heyətində 45 oyuna 9 qol vurub. Klubu ilə 2022-ci ilin 30 iyununadək müqaviləsi olan yarımmüdafiəçinin illik maaşı 4 milyon avro təşkil edir.