"Sevinc Osmanqızı atasının adına xələl gətirir"


Digərləri 12 Avq 2019 13:39:00 309 0

"Sevinc Osmanqızı atasının adına xələl gətirir"

"Onun bu gün təbliğ etdiyi siyasi qüvvələr vaxtilə atası Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxıblar" 

"Əgər Sevinc Osmanqızının atası rəhmətlik Osman Mirzəyev bu gün sağ olsaydı, qızının hərəkətlərinə əsla haqq qazandırmazdı, onu dəstəkləməzdi".

Son.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov bildirib. 

A.Mütəllibov Sevinc Osmanqızını siyasi oyunlara qoşulduğuna görə qınayıb:

"Rəhmətlik Osman Mirzəyev çox alicənab və Vətənini sevən insan idi. O, çox ehtiyyatlı adam olub. Mən onu hər zaman yaxşı şəxsiyyət kimi qəbul etmişəm. Bu gün də belə qəbul edirəm. Ona görə də inanmıram ki, bu gün mərhum Osman Mirzəyev sağ olsaydı, qızının hərəkətlərinə əsla dəstək verməzdi. Əksinə, onu bu yoldan çəkindirməyə çalışardı. Bilmirəm ki, bu onun şəxsi incikliyinin və yaxud nəyinsə nəticəsidir. Amma Sevinc Osmanqızı bu cür hərəkətləri ilə atasının adına xələl gətirir. Bunu belə düşünmək olar. Zənnimcə, onun siyasi söhbətlərə qoşulması düzgün deyil".