Nardaranda 4 uşağın batması ilə bağlı cinayət işi açıldı


Digərləri 12 Avq 2019 13:12:00 227 0

Nardaranda 4 uşağın batması ilə bağlı cinayət işi açıldı

Avqustun 10-da Bakının Nardaran qəsəbəsində, qeyri-çimərlik ərazidə 4 azyaşlı uşağın boğularaq ölməsiylə bağlı cinayət işi açılıb.

Son.az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.