Bakıda 31, rayonlarda 37 dərəcə isti olacaq HAVA PROQNOZU


Digərləri 12 Avq 2019 12:18:00 209 0

Bakıda 31, rayonlarda 37 dərəcə isti olacaq  HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Yarımadada gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.