"Lekima" qasırğası Çində 44 nəfərin həyatına son qoydu


Digərləri 12 Avq 2019 10:55:04 186 0

"Lekima" qasırğası Çində 44 nəfərin həyatına son qoydu

Çinin şərqində "Lekima" qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb

Bakı. Çinin şərqində "Lekima" qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb. Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin daşqınlarla mübarizə üzrə Qərargahının məlumatında deyilir. Məlumata əsasən, Çjetsyan əyalətində ölənlərin sayı 39 nəfərə çatıb, 9 nəfər isə itkin düşmüş sayılır. Ölkənin Şandun əyalətində qasırğa 5 nəfərin həyatına son qoyub, 7 nəfər isə itkin düşmüş sayılır.