Azyaşlı uşaq və əmisi otelin balkonundan yıxıldı


Digərləri 12 Avq 2019 10:09:00 236 0

Azyaşlı uşaq və əmisi otelin balkonundan yıxıldı

Gəncə şəhərində 3 yaşlı uşaq otelin balkonundan yıxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki' hadisə avqustun 12-də "Delux" oteldə baş verib. 

Belə ki, Bakı şəhər sakini' 2016-cı il təvəllüdlü Əli Mehralıyev otelin 3-cü mərtəbəsindəki balkonunda oynayarkən ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman onun əmisi' 1979-cu il təvəllüdlü Aydın Mehralıyev onu tutmaq istəyərkən o da yıxılıb. Nəticədə uşağın başın sağ nahiyyəsinə yumşaq toxuma sıyrığı' əmisi isə açıq kəllə beyin travması, beyin qanaxması və sol tərəfin çox saylı qabırğalarının sınığı xəsarəti alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.