Qonşu ölkənin qaz istehsalı nə qədərdir?


Digərləri 12 Avq 2019 09:57:23 163 0

Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur.

Bakı. Elnur Bağışov - İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur. Trend-in məlumatına görə, bunu İranın Milli Qaz Şirkətinin rəsmisi Mehdi Cəmşidi Dana deyib. M.Cəmşidi Dananın sözlərinə görə, bu göstərici isə 5 milyon barel xam neftə bərabərdir. o, əlavə edib ki, İranın qaz şəbəkəsi yetərinə böyükdür və qaz nəqli çox yaxşı formada həyata keçirilir: “İranda 30 min kilometrdən çox boru xətti, 82 qaz təzyiqini gücləndirmə stansiyası, 296 turbo-kompressor mövcuddur”.