Dənizdə batan qızın meyiti tapıldı


Digərləri 12 Avq 2019 09:16:00 226 0

Dənizdə batan qızın meyiti tapıldı

10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyində Son.az-a verilən məlumata görə, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.