Myanmada torpaq sürüşməsi 50 nəfərin ölümünə səbəb olub


Dünya 12 Avq 2019 08:28:00 239 0

Myanmada torpaq sürüşməsi 50 nəfərin ölümünə səbəb olub

Myanmada güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzindən bildiriblər.

Məlumatda deyilir: "Mon ştatında leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsində ölənlərin sayı 50 nəfərə çatıb, daha 80 nəfər isə itkin düşmüş sayılır".

Xatırladaq ki, avqustun 9-u Mon ştatının qəsəbələrindən biri torpaq altında qalıb və nəticədə bir neçə yaşayış evi uçub.