İki avtomobil toqquşub


Digərləri 12 Avq 2019 00:45:00 252 0

İki avtomobil toqquşub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Çinarlı kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.