Şəmkirdə iki minik avtomobili toqquşub


Digərləri 11 Avq 2019 22:42:55 226 0

Şəmkirdə iki minik avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.