Gürcüstanın Baş naziri Tbilisidə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib FOTO


Dünya 11 Avq 2019 20:30:00 283 0

Gürcüstanın Baş naziri Tbilisidə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib  FOTO

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 11-də müqəddəs Qurban bayramı münasibətilə Tbilisidəki "Cümə məscidi"ndə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.

M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev çıxış edərək Baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

O, Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.


Xəbərə aid fotolar