“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb


Digərləri 11 Avq 2019 17:59:00 245 0

“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb

İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb

Bakı. İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb. Trend xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək. Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.