Gürcüstanda turistlərin olduğu avtomobil yandı


Dünya 11 Avq 2019 18:19:00 244 0

Gürcüstanda turistlərin olduğu avtomobil yandı

Qori şəhəri yaxınlığında Tbilisi-Senaki-Leselidze şossesində içərisində turistlər olan avtomobil yanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı xəbər verib. İnsident nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Turistlərin Hindistandan olduğu bildirilib.

Hadisə yerinə yanğınsöndürən cəlb olunub.