Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq Kubok başa çatıb


Digərləri 11 Avq 2019 18:02:00 239 0

Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq Kubok başa çatıb

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub

Bakı. Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub. AGF-dan Trend-ə daxil olan məlumata görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb. Yarışda yüksək nəticə göstərən Musa Verdiyev (45 kq, Gəncə), Mahir Məmmədov (48 kq, Şamaxı-Sərhədçi), Fəqan Mirzəyev (51 kq, Cəlilabad-Gömrükçü), Camal Qasımov (55 kq, Həyat-Sərhədçi), Cavidan Əhmədov (60 kq, Sumqayıt), Zeyqəm Qurbanov (65 kq, Şamaxı-Sərhədçi), Sadiq Abbasov (71 kq, Cəlilabad-Gömrükçü), Əli Əmirov (80 kq, Şamaxı-Sərhədçi), Xəlil Allahverdiyev (90 kq, Qazax-Sərhədçi), Murad Bəhlulzadə (110 kq, Sərhədçi) qızıl medala layiq görülüblər.