Təyyarədə necə düzgün qidalanmalı?


Digərləri 11 Avq 2019 15:08:00 218 0

Təyyarədə necə düzgün qidalanmalı?

Böyük britaniyalı diyetoloq və keçmiş stüardessa Sara Anderson uçuşa qədər, uçuş zamanı və uçuşdan sonra nə və necə yemək barədə danışıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ekspert bildirib ki, uçuş orqanizm üçün stressdir, dad reseptorlarına təsir edir. Buna görə də səmada çox vaxt şirin və duzlu yemək istəyirsən. Güclü aclıq hissinin yaranmasına susuzlaşma da təsir göstərir.

Saranın sözlərinə görə, bu, insanların təyyarədə nə üçün çox yediyini izah edir. Qədərində yemək üçün uçuşdan əvvəl doyunca yatmaq, uçuşa bir neçə gün qalmış antioksidant və vitaminlərlə zəngin məhsullar, məsələn, smuzi, şirə və zülal tərkibli yeməklər yemək lazımdır. Rasiona bağırsaqların yaxşı işləməsinə kömək edən duzlu kələm və çuğundur, habelə zəncəfil və sarımsaq əlavə edilməlidir.

Sara təyyarə üçün xüsusi menyu - vegetarian, qlütensiz və ya başqa menyu seçməyi məsləhət görüb, çünki belə yeməklər daha dadlı və faydalı ola bilər. Təyyarə salonuna öz yeməyini, məsələn, pendir, soyutma yumurta və zeytun da gətirmək olar. Bunları hava limanında almaq mümkündür.

Təyyarədə tərkibində elektrolitlər olan şəkərsiz içkilər içmək daha faydalıdır. Belə içkiləri orqanizm yaxşı qəbul edir. Əl yükündə içməli su olan butulka götürmək olar.

Ekspert uçuşdan sonra bir gün ərzində çips və yarımfabrikat qidaları yeməməyi tövsiyə edir. Həmin müddətdə rasionda melatoninin səviyyəsini tarazlamağa və yuxunu bərpa etməyə kömək edən avokado, badam və hind toyuğu əti olmalıdır. Maqneziumun səviyyəsini qaldırmaq üçün tərkibində Himalay duzu və kokos yağı olan vanna qəbul etmək yaxşıdır.

(adsgarden = window.adsgarden || []).push({});