Avropada yaranan yeni kino cərəyanları


Digərləri 11 Avq 2019 13:38:00 79 0

Avropada yaranan yeni kino cərəyanları

ABŞ-da yaranan rəng, səs kimi texnoloji yeniliklər tezliklə Avropaya yayıldı. Ancaq heç bir ölkə Hollivud kimi güclü kino sənayesi yarada bilmədi. Misal üçün, Böyük Britaniyada kino keyfiyyət və kəmiyyət baxımından az təminatlı idi. Ancaq macar əsilli prodüser Aleksandr Kordanın İngiltərəyə gəlişi ilə hər şey dəyişdi. O, "London Films" kinokompaniyasının əsasını qoyduqdan sonra ABŞ-ın öndə gedən studiyaları ilə rəqabətə girə bildi. O, sərmayəni tarixi filmlərə qoyan rejissor Çarlz Latonun iştirakı ilə "VIII Enrikenin şəxsi həyatı" ekran əsərini çəkir. Onun kompaniyası "Dörd lələk" və "Bağdad oğrusu" kimi əyləncəli filmlərin meydana gəlməsi ilə daha da inkişaf etməyə başladı. Bu işin uğurlu alınmasında Korda ilə yanaşı, rejissor Alfred Hiçkokun da zəhməti az olmamışdır. Onun filmlərindən "Çoxbilmiş adam" və "39 mərhələ" əsərlərinin adlarını çəkmək olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alman kino sənayesi İngiltərə kino sənayesindən hər mənada daha çox inkişaf etdi. Çünki, səsin yaranması ilə ölkə öz potentlərindən yararlana bilirdi. Eyni zamanda, Hollivuddakı aktyorlar Almaniyaya qayıdıb, öz karyeralarını orada davam etdirirdilər. Ölkədə prestijli studiyalar bütün gücü ilə çalışırdı. Ancaq ötən əsrin 30-cu illərində Yozef von Şternberqin çəkdiyi "Mavi mələk" filmi heç də gözləntiləri doğrultmadı. Bir qədər sonra Frits Lan növbəti bir şedevrlə tamaşaçıları təəccübləndirdi. Onun "Düsseldorf vampiri" filmi artıq ölkədə faşızmin cücərtilərini nümayiş etdirirdi. Rejissor Adolf Hitlerin hakimiyyətə gələcəyini xəbər verirdi. Bundan sonra Almaniyanın həyatı tamamilə dəyişdi. Bu dəyişiklik kino sənayesinə də təsirsiz ötüşmədi. Frits Lanın özü "Mabusenin vəsiyyəti" filminin premyerası ilə problemlər yaşadığından dərhal ölkədən çıxmaq qərarına gəldi. Bir çox məşhur aktyorlar da onun kimi etdilər. Bu elə bir dövr idi ki, Daxili işlər naziri Yozef Qobels yeni Almaniyaya dəstək olmayan hər hansı bir bədii təzahürə qadağa qoyurdu. Rejim onu istəyirdi ki, kino sənayesi ölkədə faşizmi yaysın. Rejissorlardan Leni Rifinştay özünün məqsəd və ideyası ilə fərqləndi. O, Hitlerə açıq-aydın valeh olmuşdu. Rejissor "İradənin qələbəsi" və 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarından bəhs edən uzun bir sənədli filmi - "Olimpiada" ekran əsərlərini çəkdi. Həmin ildə italyan diktatoru Benito Mussolini Avropada ən böyük kinostudiya olmağa iddia edən "Cinecitta" şirkətinin təməl daşını qoydu.

Geniş vüsət almış faşıst ideologiyası ilə yanaşı, digər ölkələrdə fərqli siyasi ideologiya sistemləri qurulurdu. İspaniyada 1931-ci ildə ikinci respublikanın qurulması kinoya da təsir etdi. "Yüzdən çox", "Senyorita Trevelez" filmləri çəkildi. Fransada 1936-cı ildə qurulan Xalq Cəbhəsi kino üçün yeni yollar açdı. Bu zaman yeni ideyalar müdafiə olunur, kommunizm təbliğ edilirdi. Rejissor Jan Ğenuağ romantizmimlə proqressivizmi sintez edərək, "Böyük xülya" filmini ortaya qoydu. "Marselyeza" (1973-cü il Fransa inqilabı zamanı çalınan himn) ekran əsəri isə xalq tərəfindən maliyələşdirildi. "Toni", "Az vəsait", "İnsanabənzər vəhşi", "Oyunun qaydaları" filmlərində Jan Ğenuağ artıq öz üslubuna möhürünü vurmuşdu. Demək olar ki, o, hər dəfə realizmə müraciət edir, yoxsulluq, tale mövzularına poetik bir rəng qatırdı. Hərdən sənədli film üçün nəzərdə tutulmuş avadanlıqlarla təbiət səhnələrini çəkərək italyan neorealistlərin etdiklərini zaman etibarı ilə qabaqlayırdı. Onun yoldaşları tərəfindən təbliğ olunan bu üslub, sonradan "Fransız poetik naturalizm" cərəyanının yaranmasına səbəb oldu. Ancaq poetik naturalizm Avropanın digər kino cərəyanları kimi, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar dayandırılmalı olur. Bu qəddar münaqişə kino tarixinin ilk mərhələsini bitirir. Amma sonralar öz sirləri, qəribəlikləri ilə davam edən həyat kino sahəsində yeni, təzadlı, bənzərsiz olan cərəyan və ideologiyaların yarandığını göstərdi...

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar

Evdə xərçəngi "çağıran" əşyalar  Hər gün istifadə edirsiz like
  • 11 Avq 13:28  
Digərləri Evdə xərçəngi "çağıran" əşyalar Hər gün istifadə edirsiz

Hər zaman əlimizin altında olan bəzi əşyaların xərçəng yaratdığını

arrow Ətraflı
Hava necə olacaq? like
  • 11 Avq 13:17  
Digərləri Hava necə olacaq?

Avqustun 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 11 Avq 13:10  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Avqustun 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

arrow Ətraflı
Dəri tipinə uyğun nəmləndirici və qidalandırıcı kremdən istifadə edilməlidir like
  • 11 Avq 13:07  
Digərləri Dəri tipinə uyğun nəmləndirici və qidalandırıcı kremdən istifadə edilməlidir

Yayda kosmetik vasitələrdən istifadə edilməsi dəriyə təsirsiz ötüşmü

arrow Ətraflı
Çində “Lekima” qasırğası like
  • 11 Avq 12:58  
Dünya Çində “Lekima” qasırğası

Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nə

arrow Ətraflı
“Səfirin qızı”ndan hər həftə 200 min qazanacaq like
  • 11 Avq 12:47  
Digərləri “Səfirin qızı”ndan hər həftə 200 min qazanacaq

Yeni mövsümdə "Sefirin Kızı" serialı ilə ekrana çıxacaq aktyo

arrow Ətraflı
Putin müsəlmanları təbrik etdi like
  • 11 Avq 12:42  
Dünya Putin müsəlmanları təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qur

arrow Ətraflı
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib like
  • 11 Avq 12:35  
Digərləri Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qur

arrow Ətraflı
Suriya ordusu İdlibin “qapısı”nı azad etdi like
  • 11 Avq 12:34  
Dünya Suriya ordusu İdlibin “qapısı”nı azad etdi

Suriya ordusu strateji cəhətdən vacib Əl Hubayt şəhərini azad edib.

arrow Ətraflı
Prezidentliyə homoseksual namizəd like
  • 11 Avq 12:25  
Dünya Prezidentliyə homoseksual namizəd

Tunisdə 15 sentyabrda keçiriləcək Prezident seçkilərində iştirak etmək

arrow Ətraflı
Deputat: "Bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub" like
  • 11 Avq 12:21  
Siyasət Deputat: "Bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub"

Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır

arrow Ətraflı
Deputat: Bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub like
  • 11 Avq 12:14  
Digərləri Deputat: Bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub

Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır

arrow Ətraflı
Xırdalanlıların işi lap dalana dirənib  "Elə bil müharibə meydanıdır"  FOTO like
  • 11 Avq 12:05  
Digərləri Xırdalanlıların işi lap dalana dirənib "Elə bil müharibə meydanıdır" FOTO

İki ildən çoxdur ki, Xırdalan şəhərinin küçələri xarabalığı xa

arrow Ətraflı
Əməkdar artist anoreksiyadır?  FOTO like
  • 11 Avq 11:51  
Şou-biznes Əməkdar artist anoreksiyadır? FOTO

Əməkdar artisr Nahidə Orucova paylaşımı ilə müzakirələrə səbəb olub

arrow Ətraflı
Dənizdə dalğanın hündürlüyü 5,8 metrə catdı like
  • 11 Avq 11:48  
Digərləri Dənizdə dalğanın hündürlüyü 5,8 metrə catdı

Bu gün Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində k

arrow Ətraflı