Putin müsəlmanları təbrik etdi


Dünya 11 Avq 2019 12:42:28 206 0

Putin müsəlmanları təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Son.az Trend-ə istinadən bildirir ki, V. Putin qeyd edib ki, müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərlidir.

Rusiyanın dövlət başçısı: "Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər".