Prezidentliyə homoseksual namizəd


Dünya 11 Avq 2019 12:25:00 242 0

Prezidentliyə homoseksual namizəd

Tunisdə 15 sentyabrda keçiriləcək Prezident seçkilərində iştirak etmək üçün 98 nəfər namizədliyini irəli sürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunların arasında Liberal partiyasının dəstəklədiyi hüquqşunas Münir Batur da var.

Münir digərlərindən fərqləndirən onun homeseksual olmasıdır. Batur ərəb dünyasında ilk homeseksual prezidentliyə namizəddir.

"Euronews"ə danışan Batur namizədliyini açıqladıqdan sonra ölüm təhdidləri aldığını bildirib.

O, LGBT üzvlərinə "xəstə" deyənlərə səslənib: "Əgər xəstəlik dediyiniz homeseksuallığa bir dərmanınız varsa, onu bizə verin Tunis tibb üzrə Nobel mükafatını qazansın".