“Baku Network” Ekspert Şurasının direktoru Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunda iştirak edir (FOTO)


Digərləri 11 Avq 2019 10:40:00 194 0

“Baku Network” Ekspert Şurasının direktoru Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunda iştirak edir (FOTO)

Baku Network” Ekspert Şurasının direktoru, TREND BİA-nın baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərov Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumunda iştirak edir

Bakı. "Baku Network" Ekspert Şurasının direktoru, TREND BİA-nın baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərov Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumunda iştirak edir. Trend-in məlumatına görə, forum 11-12 avqust tarixlərində keçirilir. Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir. Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin