Azərbaycan neft ixracını artırıb


Digərləri 11 Avq 2019 10:15:00 209 0

Azərbaycan neft ixracını artırıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 15,83 milyon ton neft ixrac edib ki, bu da ötən ilin altı ayından 16,7 faiz çoxdur

Bakı. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 15,83 milyon ton neft ixrac edib ki, bu da ötən ilin altı ayından 16,7 faiz çoxdur. Trend-in məlumatına görə, ümumilikdə ixrac 7,6 milyard dollar (artım 10,4 faiz) təşkil edib. Həmçinin hesabat dövründə Azərbaycan 261 milyon dollar həcmində 521 000 ton neft məhsulları ixrac edib. İl ərzində bu rəqəmlər müvafiq olaraq 4,9 faiz və 7,6 faiz azalıb. Ölkənin ixracatında neft məhsullarının payı 2,61 faizdir.