Yəməndə separatçı qüvvələr prezident sarayını ələ keçiriblər


Dünya 11 Avq 2019 09:50:00 210 0

Yəməndə separatçı qüvvələr prezident sarayını ələ keçiriblər

Yəməndə Cənub Keçici Şurasının separatçı qüvvələri prezident sarayı Maaşiki uğurla ələ keçirdiklərini bəyan ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə RİA informasiya agentliyinə bu ölkədəki hərbi mənbələrdən məlumat verilib.

Xatırladaq ki, səhər saatlarında separatçılar paytaxtın əsas obyektlərini ələ keçirə bilmişdilər. Günorta saatlarında Səudiyyə Ərəbistanının hərbi təyyarələri separatçıların mövqelərini bombalamışdılar.

Prezident Əbd Rabbuh Mənsur Hadinin Səudiyyə Ərəbistanında olduğu bildirilir.