BakıQazax yolunda dəhşət:


Digərləri 11 Avq 2019 09:23:00 214 0

BakıQazax yolunda dəhşət:

Kürdəmir-Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.