“Lekima” Çində 28 nəfərin həyatına son qoydu


Dünya 11 Avq 2019 09:28:00 218 0

“Lekima” Çində 28 nəfərin həyatına son qoydu

Çinin şərqindəki Çjetszyan vilayətində "Lekima" qasırğasının nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha 20 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, öncə 18 nəfərin həlak olması və 14 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

Bildirilir ki, 1 milyondan çox insan təxliyə edilib. Ümumilikdə qasırğa nəticəsində vilayətin 5 milyona yaxın sakininə zərər dəyib.